“Ukrayna böhranının uzanması Avropanı ağır iqtisadi nəticələrə gətirib çıxaracaq”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.
“Bu, Avropanın iqtisadi özünü məhv etməsi demək olacaq. Biz də bu istiqamətdə gedirik”, - dövlət başçısı bildirib.
Radev Bolqarıstan parlamentini Ukraynaya hərbi-texniki yardımın göndərilməsi ilə bağlı son qərarına görə tənqid edib. O, Bolqarıstanın münaqişəyə cəlb olunmasını təhlükəli addım adlandıraraq, bu cür dəstəyin risklərinə işarə edib.
Xatırladaq ki, Bolqarıstan Xalq Məclisi 5 saatlıq müzakirədən sonra hakim partiyanın təklifini dəstəkləyib və Ukraynaya hərbi-texniki, eləcə də humanitar yardım göstərmək barədə qərar qəbul edib.