Bir az əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılmışdı.
“Mtavari” telekanalının yaydığı xəbərdə bildirilirdi ki, keçmiş prezident Rustavi şəhərində saxlanıldığı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Respublika xəstəxanasına köçürülüb.
Bir neçə dəqiqə əvvəl isə Gürcüstanın Xüsusi Penitensiar Xidməti açıqlama yayaraq həmin xəbəri təkzib edib.
Qeyd edilib ki, M.Saakaşvilinin yox, Rustavidəki 12 saylı həbsxanada saxlanılan başqa məhbusun xəstəxanaya köçürülməsinə ehtiyac yaranıb.
Xatırladaq ki, Saakaşvili ötən il sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə həbs edilib. Eks-prezident Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır. Onun sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilib. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər. Bu tələblə Tbilisi, Batumi və Rustavi şəhərlərində aksiyalar keçirilib.
Gürcüstanın ədliyyə naziri Rati Breqadze isə bu yaxınlarda siyasətçinin lazımı müalicə və dərmanlarla təmin olunduğunu deyib. O, həmçinin keçmiş prezidentin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə qarşı böhtan kampaniyasının aparıldığını söyləyib.