Moskvanın Qızıl Meydanında İkinci Dünya Müharibəsində Qələbənin 77-ci ildönümü şərəfinə parad keçirilir.
Senzor.az TASS-a istinadən bildirir ki, Mərkəzi tribunada Rusiya Prezidenti Vladimir Putin, veteranlar və tədbirin qonaqları yer alıblar. Ordunun Quru Qoşunlarının Ali Baş Komandanı general Oleq Salyukovun rəhbərlik etdiyi paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib.
Nazirin parada hazırlıqla bağlı məruzəsindən sonra Rusiya dövlətinin başçısı ölkənin baş meydanının tribunasından ruslara müraciət edib.
Rusiya Prezidenti Vladimir Putin Qələbə Paradında çıxış edərək İkinci Dünya Müharibəsi hadisələrindən Ukraynadakı müharibəyə keçib.
“Keçən ilin dekabrında biz təhlükəsizlik zəmanətləri haqqında saziş bağlamağı təklif etmişdik. Heç nə alınmadı, NATO ölkələri bizi eşitmək istəmədilər. Onların başqa planları var idi. Donbasda cəza əməliyyatına açıq hazırlıq gedirdi. Birbaşa sərhədlərimizdə təhlükə yarandı. Neonasistlərlə toqquşma qaçılmaz idi. Rusiya təcavüzə qabaqlayıcı zərbə vurdu. Bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Suveren və güclü ölkənin qərarı”, - Putin bildirib.
Rusiya Prezidenti qeyd edib ki, “Bu gün Donbas milisləri Rusiya ordusu ilə birlikdə Böyük Vətən Müharibəsi qəhrəmanlarının son nəfəslərinə qədər vuruşduğu öz torpaqlarında döyüşür. Silahlı Qüvvələrimizə və Donbas milislərinə müraciət edirəm: siz xalqımız üçün, Vətənimizin təhlükəsizliyi üçün vuruşursunuz”.
Putin daha sonra deyib: “İndi burada - Qızıl Meydanda, o cümlədən Donbasdan, birbaşa döyüş bölgəsindən gələnlər çiyin-çiyinə dayanıblar. Bu gün müxtəlif millətlərdən olan döyüşçülərimiz birgə vuruşur, qardaş kimi bir-birini güllələrdən, qəlpələrdən qoruyurlar. Bu da çoxmillətli xalqımızın birliyinin gücüdür”.