"İctimai-siyasi proseslər qanunla tənzimlənir".
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirir ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq.
Qeyd edək ki, bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiyanın məqsədi ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz bildirməkdir.
Aksiyanın Təşkilat Komitəsinə 24 nəfər ictimai fəal daxildir.