Rusiya Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu axtarışa verib.
Senzor.az bildirir ki, bu barədə məlumat Rusiya DİN-in məlumat bazasında yerləşdirilib.
Xatırladaq ki, Rusiya İstintaq Komitəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (“Nasizmin reabilitasiyası”) ilə cinayət işi açıb. Qeyd olunur ki, Əsgərov bundan əvvəl sosial şəbəkələrdə öz səhifəsində rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini ləkələyən qəsdən yalan məlumatlar dərc edib.