Ermənistanda vəziyyət gərgin olaraq qalır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müxalifətin təşkil etdiyi mitinqlər hər ötən günü daha da kütləviləşir. Bu gün isə yerli media maraqlı və diqqətçəkən bir iddia irəli sürüb.
Bildirilir ki, artıq bəzi polislər etirazçılara dəstək olurlar.
Bu barədə “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan məlumat yayıb. O yazıb: “Məndə olan məlumata görə, polisin “qırmızı beretli”lərindən bir neçə nəfər qanunsuz əmrlərə tabe olmayıb. Onlar bu cür əmrləri yerinə yetirmək istəmədikləri üçün işdən azad edilmələrinə dair ərizə də yazıblar".
Deputat iddia edir ki, uzun müddətdir həmin polislərin ərizələri rəhbər şəxslər tərəfindən imzalanmır və onlar hər yolla həmin adamları razı salmağa, təzyiq etməyə çalışırlar.
Mamicanyan sonda deyib: "Mən polislərin cəsarətli addımını alqışlayıram, uşaqlar üçün hüquqi, informasiya və digər müdafiəni təmin etməyə hazıram”.