Arman Babacanyan İrəvanı KTMT-dənsə, "NATO yolu" seçməyə çağırdı
Ermənistan parlamentinin keçmiş deputatı Arman Babacanyan yerli mediaya diqqətçəkən açıqlama verib. 
 
O, Ukrayna müharibəsinin Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir işə yaramadığının bir daha sübuta yetirdiyini deyib.
 
Babacanyan diqqəti NATO- ya daha çox maraq göstərməyin vacubliyinə çəkib. 
 
“Təsəvvür edə bilirsinizmi ki, Ermənistan hərbi-siyasi alyansın bir hissəsidir, onun üzvlərindən biri bu təşkilatdakı digər müttəfiqləri ilə məsləhətləşmədən və ya onlara məlumat vermədən, fevralın 24-dən Ukraynada Qərbə qarşı faktiki müharibə aparır? Bu hələ hamısı deyil.
 
KTMT-nin rəsmi saytını açırsan və məlum olur ki, strukturun şurasının sonuncu iclası yalnız yanvarda baş tutub. Nə Rusiyanın davam edən müharibədə əsas rol oynadığı KTMT, nə də üzv dövlətlərin heç biri məlum proseslərə reaksiya vermədi, heç açıqlamalar da görmürük. Təbii ki, uzun müddət Rusiyanın müttəfiqi olan Belarusdan başqa.
 
Təsəvvür edin ki, bu struktur və üzv dövlətlər ayrı-ayrılıqda Rusiyanın Ukraynadakı müharibəsində maraqlı olmadığı vaxtda KTMT üzvü olan Ermənistan da birdən-birə hərbi eskalasiya vəziyyətinə düşür. Bu halda nə baş verəcək?
 
Əminəm ki, KTMT-yə üzv dövlətlər Rusiyanın Ukraynanın suveren ərazisindəki düşmənçilik xarakterli hərbi əməliyyatlarında maraqlı deyillər. Sadəcə olaraq, müttəfiq Rusiyanın qaçılmaz qlobal təcridinə gətirib çıxaran bu birtərəfli qərara heç bir şəkildə reaksiya vermək istəmirlər. Demək olar ki, bütün beynəlxalq platformalarda KTMT-yə üzv dövlətlərin Rusiya üçün verdikəri səsləri buna sübutdur”, - Babacanyan deyib.
 
O qeyd edib ki, NATO-nun rəsmi saytını açanda KTMT-dəkindən fərqli mənzərənin şahidi olur. Elan edilmiş müharibə Alyansın ərazisində aparılmasa da, NATO və üzv dövlətlər bu müharibəni hərbi quruma qarşı çağırış kimi qiymətləndirirlər: “Fevralın 24-dən bu yana yüzlərlə yüksək səviyyəli sammitlər, ikitərəfli və çoxtərəfli görüşləri görürük və mövzu yalnız Ukrayna böhranıdır... Bundan başqa, Ukraynadakı müharibə NATO-nun dünyanın unikal aparıcı siyasi-hərbi Alyansı kimi reputasiyasını kəskin şəkildə artırıb və dünyanın müxtəlif yerlərində bu təşkilata üzv olmayanların Alyansa marağını xeyli artırıb”.(azvision.az)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.