
Senzor.az-ın məlumatına görə, dövlətimizin başçısı məktubunda bu xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Sonda Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Rəşid Al Məktuma, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Xatırladaq ki, Şeyx Xəlifə bin Zayed Al Nəhyan 2004-cü ildən dövlət başçısı idi.
BƏƏ hökuməti Prezidentin vəfatı ilə əlaqədar ölkədə 40 günlük matəm elan edib.