İrəvanda Ümumerməni mitinqi keçiriləcək - BAZAR GÜNÜ, SAAT 18:00-DA
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən “Müqavimət” müxalifət hərəkatı mayın 15-də İrəvanda geniş Ümumerməni aksiyası keçirəcək.
 
Senzor.az “Sputnik Armenya”ya istinadən bildirir ki, bu barədə parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan Fransa meydanında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
 
"Bazar günü saat 18.00-da biz böyük Ümumerməni aksiyası keçirəcəyik", - deyə Saqatelyan bəyan edib.
 
O, qarşıdakı günlərin gündəliyini təqdim edərək qeyd edib ki, şənbə günü heç bir böyük etiraz aksiyası planlaşdırılmır. Onun mətbuat konfransı, mədəni tədbirlər, Ermənistandakı sosial-iqtisadi vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr Fransa meydanındakı çadır şəhərciyində keçiriləcək. Saqatelyan qeyd edib ki, bütün müzakirələrdə peşəkarlar iştirak edəcək.
 
O, tərəfdarlarını hakimiyyətin təzyiqindən qorxmamağa çağırıb və bildirib ki, müxalifətə qarşı repressiyaların güclənməsi hakimiyyətdə çaxnaşma olduğunu nümayiş etdirir.
 
"Təqib nə qədər güclü olarsa, hakimiyyətin çaxnaşmaları da bir o qədər güclü olacaq. Hakimiyyətin kobud polis gücündən başqa heç bir dəstəyi qalmayıb", - vitse-spiker deyib.
 
O qeyd edib ki, etirazçılar öz məqsədlərinə ikihakimiyyətlilik qurmaqla nail olacaqlar.
 
Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət mayın 2-dən aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.