Ərdoğan Qarabağ müharibəsi və informasiya sahəsindəki həmrəylik haqda -
VİDEO-MÜRACİƏT
"Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və iftiralar Türk dövlətləri arasında media və informasiya sahəsində daha sıx əməkdaşlığın vacibliyini sübut etdi".
 
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısına göndərdiyi video-müraciətində deyib.
 
O qeyd edib ki, İkinci Qarabağ müharibəsi təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində gedirdi: "44 gün ərzində çox çətin mübarizə aparıldı. Bu təcrübə bir daha onu göstərir ki, “Dördüncü hakimiyyət” olan media bəzi qüvvələrin əlində manipulyasiya alətinə çevrilib.
 
Artıq hər birimiz çox konkret olaraq görürük ki, media bəzilərinə görə həqiqətləri təhrif etmək, gerçəkləri gizlətmək üçün lazımdır. Digital faşizm bu gün milyonlarla insanın doğru informasiya almaq hüququnu məhdudlaşdıran təhdidə çevrilib. Heç bir etik dəyərlərin olmadığı sosial mediada həqiqəti tapmaq, müdafiə etmək çətindir. Dezinformasiya ilə mübarizədə, informasiya təhlükəsizliyi sahəsində Türkdilli dövlətlər arasında əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.