Gələcək "hökumət siyahısı"nda Köçəryanla Sarkisyana yer olmayacaq? – SAQATELYANDAN “DİPLOMATİK” AÇIQLAMA
Bu gün Ermənistanın ən radikal siyasi qüvvələrindən sayılan Daşnaksütyun funksioneri, vitse-spiker İşxan Saqatelyan diqqət çəkən açıqlama verib. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, keçirdiyi brifinqdə Qarabağ klanı ilə bağlı sualdan diplomatikcəsinə yayınmağa çalışıb.
 
Jurnalist hazırda mitinqlərin əsas hərəkətverici qüvvəsi sayılan Saqatelyana "Ola bilərmi ki, Ermənistanın ikinci və üçüncü prezidentləri sizin siyahınızda (Gələcəkdə hakimiyyətə gələcəyi təqdirdə formalaşan hökumətdə-red.) yer alsın?" – deyə sual ünvanlayıb.
 
Daşnak funksioner isə “Ümumiyyətlə, biz bütün potensialımızdan istifadə etməliyik, kimin hansı rolu oynayacağını, həyat və zaman göstərəcək” deyib.
 
Saqatelyan çıxışına davam edərək deyib ki, "Məncə, onlar meydandan götürüldükdən sonra təcrübəyə, biliyə malik ən yaxşı danışıqlar aparan qrupa ehtiyac yaranıb, belə bir dəstə yaradılmalıdır... Prezidentlər, keçmiş xarici işlər nazirləri, müdafiə nazirləri uzun yol keçmiş insanlardır. Ona görə də hər kəsin potensialından istifadə etmək lazımdır".
 
Bəzi saytlar Saqatelyanın konkret şəkildə "Sarkisyan və ya Köçəryana mühüm vəzifə verəcəyik" və s. cavablar səsləndirməməsini maraqlı nüans kimi qiymətləndiriblər. Baxmayaraq ki, yeri gələndə hər iki hərbi cani daşnaklarla bərabər meydanlarda yürüşlər keçirirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.