Bu gün günorta saatlarında Bakıda bir sıra fəallar təxminən bir saat davam edən aksiya keçirərək bəzi şüarlar səsləndiriblər.
Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb: “Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.
Qeyd edək ki, bir neçə gün idi sosial şəbəkələrdə bir sıra ictimai fəallar mayın 14-də Bakıda etiraz aksiyası keçiriləcəyinə dair məlumatlar paylaşırdılar.