"Avroviziya-2022"nin qalibi Ukrayna oldu - AZƏRBAYCANIN VERDİYİ 12 SƏS NİYƏ NƏZƏRƏ ALINMADI?
VİDEO
İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi sona çatıb.
 
Senzor.az bildirir ki, ümumilikdə 25 ölkənin qatıldığı final mərhələsində 631 səslə Ukraynadan olan Kalush Orchestra kollektivi "Stefania" kompozisiyası ilə bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub. İkinici yeri 466 səslə Böyük Britaniya, üçüncü yeri isə 459 səslə İspaniya tutub.
 
Yeri gəlmişkən, Azərbaycan Ukraynaya 12 səs veribmiş, amma...
 
Müsabiqədə münsif səsverməsi zamanı texniki problem yaşanıb. Bu səbəbdən rəqəmləri, əvvəlcədən planlaşdırıldığı kimi Azərbaycandan İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmanın aparşcısı Martin açıqlayıb.
 
O, Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyini bildirib. Lakin məlum olub ki, əslində belə deyil. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb: "Biz 12 səsi münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi".

Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir.
 
Onu da qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.