
Bayden hadisəni daxili terror aktı adlandırıb.
"İrqi nifrət cinayətləri millətimizin özü üçün iyrəncdir. Nifrətdən qaynaqlanan daxili terrorizmə son qoymaq üçün əlimizdən gələni edin”, - Amerika lideri bildirib.
“Report” xatırladır ki, mayın 14-də 18 yaşlı Peyton Gendron supermarketin ərazisində atəş açıb. İlkin məlumatlara görə, 10 nəfər ölüb, daha 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.