Saakaşvili Gürcüstana qayıdır - ÖLKƏDƏ YENİ İNQİLABİ MƏRHƏLƏ BAŞLAYA BİLƏR

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdır. 
 
Ovqat.com xəbər verir ki, sabiq prezident oktyabrın 2-də keçiriləcək bələdiyyə seçkilərində Rusiyayönümlü Bidzina İvanişvili əleyhdarlarını dəstəkləmək üçün geri dönəcəyini bəyan edib.
 
“Bu, tarixi bir seçkidir, Bidzina İvanişviliyə (hakim “Gürcü Arzusu” partiyasının qurucusu-red.) etimadın olub-olmaması ilə bağlı referendumdur", - deyən sabiq prezident geri qayıtmağı "Gürcüstanı xilas etmək üçün özünün vətənpərvərlik borcu" hesab etdiyini bildirib. 
 
 
Qeyd edək ki, Gürcüstan məhkəməsi Saakaşvili barəsində müxtəlif qiyabi proseslərdə 3 və 6 il müddətinə iki həbs cəzası kəsib. Məqsəd sabiq prezidenti Gürcüstanın həndəvərinə yaxın buraxmamaq, əks təqdirdə onu həbslə təhdid etməkdir. Saakaşvili isə bu təhdiddən çəkinmədiyini və dünyada heç bir dövlətin Gürcüstan məhkəməsinin ona qarşı çıxardığı hökmləri tanımadığını bildirib. Tutulacağı təqdirdə isə, "gürcü xalqı tərəfindən azad ediləcəyinə" inanır. Gürcü lider xalqı və öz tərəfdarlarını rəqib komandaya, “zorakılığa əl atacaqları təqdirdə, "hücum"la cavab verməyə çağırıb.
 
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dünən Saakaşviliyə “ilişərək” onun Kiyevə qayıtmasını çox arzuladığını bildirmişdi. Qaribaşvili onu da vurğulamışdı ki, Saakaşvili üçün “gözəl bir qalstuk kolleksiyası” hazırlayıb, Gürcüstana qayıdacağı təqdirdə, tutularsa, əsəblərini soyutmaq üçün həbsxanaya göndərəcək.
 
Gürcü Baş nazirin bu sözləri 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal edərkən prezident olan Saakaşvilinin hirsindən qalstukunu çeynəməsinə işarədir. 
 
Qaribaşvili sabiq prezidenti bu cür aşağılamaqla kifayətlənməyib, onu qorxaqlıqda günahlandıraraq deyib: “Qorxaq dovşan olduğu üçün Gürcüstana  gəlmir”.
 
Saakaşvili isə “gələcəyəm” deyir.  Və bu qayıdış Gürcüstanda yeni inqilabi mərhələnin başlanğıcı ola bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.