“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb.Senzor.az qurumun saytına istinadən bildirir ki, siyahıda Azərbaycanla yanaşı, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marino yer alıb.
Qeyd olunub ki, buna səbəb münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər olub. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini çıxarıb.