
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", - Türkiyə lideri Ankarada Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bəyan edib.
O əlavə edib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər.
Onun sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.