Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib. O bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Ukraynanın NATO-ya daxil olması Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola bilər. Biz Finlandiya və İsveçin NATO-ya qoşulmasının Rusiyanın təhlükəsizliyinə yarada biləcək təhdidi diqqətlə izləyirik”, - o bildirib.
Məlumdur ki, müharibənin başlanmasının əsas səbəbi məhz NATO-nun Şərqi Avropada genişlənmə səyləri olmuşdu. Bir çox ekspertlərin fikrincə, Alyans bilərəkdən Kremli qızışdırır, onu Ukrayna “bataqlığına” çəkirdi. Bir qrup analitik isə belə düşünür ki, Moskva NATO-nun təşəbbüslərini bəhanə edərək hərəkətə keçdi.
Proseslərin inkişafı birinci ehtimalın daha inandırıcı, yəni "ssenaristin" NATO olduğunu göstərir. Bu isə o deməkdir ki, Alyansın bundan sonra da təhrikedici addımlar atacağı istisna deyil.
Ukraynanın bu gün NATO-ya üzv olması əslində o qədər də real deyil. Çünki ölkə ərazisində müharibə gedir. Belə bir vaxtda Alyansın Kiyevi qəbul etməsi inandırıcı görünmür. Hərçənd bu məsələ indi Prezident Volodimir Zelenskinin özü üçün də prioritet deyil.
Bununla belə, NATO rəsmiləri Ukraynaya "yaşıl işıq" yandırırlar. Ən azından səslənən bəyanatlar bunu deməyə əsas verir. Zelenski və komandası isə Alyansa layiq olduqlarını bildirirlər.
Gələcəkdə hər iki tərəfdən oxşar bəyanatların intensivləşməsi mümkündür. Ola bilsin, NATO bu yolla Rusiyanı bir az da qıcıqlandırmaq və onun daha çox səhv addım atmasını istəsin. Hətta Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müəyyən əməli addımların da şahidi ola bilərik.
Bütün hallarda, dediyimiz kimi, NATO müharibənin mümkün qədər uzanmasında, Rusiyanın tələsik davranmasında maraqlıdır. Təşkilat bunun üçün çox şeyə hazırdır. Ukrayna vasitəsilə qurulan və qurulacaq oyunlar isə NATO-nun əsas "kart"ıdır.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti