
Senzor.az bildirir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında paylaşım edib.
“Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı, baş leytenant Kirill Ağasıyev Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verib”, - deyə diplomat qeyd edib.
