Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, artıq səhər saatlarından başyaraq etirazçılar "Nikol satqındır", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.
Vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıb.
“Müqavimət” hərəkatının üzvləri hazırda Nor-Nork və Avan istiqamətlərindən İrəvanın mərkəzinə doğru irəliləyirlər.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.