ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir – VAŞİNQTONDA NƏDƏN NARAHATDIRLAR?

Ermənistanda hakimiyyət dəyişikliyi ABŞ-ın marağında deyil.

 

Bunu “Sputnik Ermənistan”a beynəlxalq məsələlər üzrə ekspert Qriqor Balasanyan ABŞ səfiri Lin Treysinin son açıqlamalarını şərh edərkən deyib.

 

ABŞ səfiri bir neçə gün öncə bəyan edib ki, Vaşinqton 2018-ci ildə erməni xalqının seçdiyi və 2021-ci ildə parlament seçkiləri zamanı təsdiqlədiyi ümumi demokratik dəyərlərə əsaslanan gələcək qurmaqda erməni xalqına kömək etməyə sadiqdir.

"Hesab edirəm ki, bu, birbaşa dəstəkdir. Səfir iki tarix göstərdi - 2018 və 2021-ci illər, inqilab və seçkilər. Bu o deməkdir ki, hazırkı hakimiyyətin daxili və xarici siyasəti ABŞ tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu həm də o deməkdir ki, bu gün hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparan müxalifəti dəstəkləməyin. Ümumiyyətlə, hakimiyyət dəyişikliyi onların maraqlarına uyğun deyil”, - Balasanyan bildirib.

 

Politoloqun sözlərinə görə, Nikol Paşinyanın komandasının ayrı-ayrı nümayəndələrinə suallar var. Lakin ABŞ “demokratik təsisatların yaradılmasına” çoxlu pul xərcləyib, baxmayaraq ki, əslində onların demokratiya ilə əlaqəsi yoxdur.

 

O bildirib ki, Vaşinqtonda hakimiyyət dəyişikliyi olacağı təqdirdə ABŞ-dan maliyyə alan ictimai təşkilatların, fondların, KİV-lərin, o cümlədən Amerika bioloji laboratoriyalarının Ermənistandan çıxarılacağı ilə bağlı narahatlıq var.

 

Qriqor Balasanyan deyib ki, ABŞ Ermənistanın bütün hakimiyyət orqanları ilə işləyir, maliyyələşən təşkilatların, partiyaların və hərəkatların köməyindən istifadə etməklə İrəvanınm Rusiya ilə əlaqəsini kəsməyə və ya zəiflətməyə çalışır. Lakin bu strategiya özünü doğrultmur. Tarix göstərir ki, hakimiyyətə gələn ən Qərbyönlü siyasətçi belə Rusiyaya münasibətini dəyişir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.