Vilnüs İrəvanla Bakı arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Ermənistan prezidenti Vaaqn Xaçatryanla İrəvanda keçirdiyi danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Litva İrəvanın ədliyyə sahəsində hökumət islahatlarını, sosial-iqtisadi inkişafa və firavanlığa aparacaq demokratik yolunu dəstəkləyir.
"Litva Ermənistan və Azərbaycan arasında sazişin yaradılması prosesinə öz töhfəsini verir. Avropa Şurasının rəhbəri Şarl Mişelin səyləri dəstəyə layiqdir", - Nauseda bildirib.
O qeyd edib ki, Ermənistana səfər münasibətlərin möhkəmlənməsinə töhfə verməlidir, çünki bunun üçün böyük potensial var.
Ölkələr biznes, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıqdan faydalana bilərlər.