Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya ilə NATO-ya üzvlük ərizəsini müzakirə etməyə razılaşıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ərdoğan özü məlumat verib.
O qeyd edib ki, danışıqlar sabah, mayın 21-də keçiriləcək.
Ərdoğan bildirib ki, o, artıq Niderland Baş naziri Mark Rutte ilə NATO-nun genişlənməsi barədə danışıb. Sabah Türkiyə Prezidentinin Böyük Britaniya rəsmiləri ilə də görüşü olacaq. Lakin danışıqların dövlət başçıları səviyyəsində baş tutub-tutmayacağı hələlik məlum deyil.