Bu gün səhər saat 7:00-dan etibarən Rusiya qazının Finlandiyaya nəqli dayandırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, "Qazprom eksport" mayın 20-də enerji şirkəti olan “Gasum Oy”a bu ölkəyə təbii qazın nəqlinin mayın 21-i səhər saatlarında dayandırılacağı barədə məlumat veribmiş.
Finlandiyanın Məşğulluq və İqtisadiyyat Nazirliyinin məlumatına görə, buna səbəb Helsinkinin qazın pulunu rublla ödəməyə razı olmamasıdır. Uzunmüddətli müqaviləyə əsasən, ödəniş valyutası avro göstərilib. Nazirliyin məlumatına görə, "Gasum Oy" arbitraja müraciət etmək qərarına gəlib. Çünki Rusiya tərəfi özün yeni rubl tələbi ilə müqavilənin şərtlərini pozub.