Ötən gecə paytaxtın Keşlə qəsəbəsində gərginlik yaranıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, gərginlik Şəhidlər Xiyabanı yaxınlığında açılmış gecə klubuna görə yaşanıb.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev jurnalistlərə bildirib ki, “tərəfləri narahat edən hallar və onun xüsusatları hüquq çərçivəsində araşdırılır”.