Ukrayna Silahlı Qüvvələrinin Əməkdar Akademik Nümunəvi Orkestrinin “Svyatovid” folklor qrupu Taras Borovkanın “Bayraktar” mahnısına çəkilmiş klipi təqdim edib.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.
“Dəqiq sözləri, qara yumorla zənginliyi və cəlbedici musiqisi sayəsində bu mahnı Ukraynada və bütün dünyada populyarlıq qazanıb”, - məlumatda vurğulanıb.
Çəkiliş Ukraynada məhv edilmiş Rusiya texnikasının toplandığı yerdə aparılıb.
Həmin klipi təqdim edirik: