Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları (istifadəç haqqında konfidensial məlumat əldə etmək üçün onun “informasiya qarmağı”na keçirilərək aldadılması-red.) ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Senzor.az-ın məlumatına görə, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.
"Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vətəndaşlara, fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləmək tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunub.