Putin Rusiyada inflyasiyanın artmasından danışdı – “BU, UKRAYNADAKI ƏMƏLİYYATLARLA BAĞLI DEYİL”

"Rusiyada inflyasiyanın artması Ukraynadakı əməliyyatlarla bağlı deyil".

 

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin iclasında deyib.

 

Putin bildirib ki, ilin əvvəlindən məcmu inflyasiya 11%-i keçib.

 

"Heç bir əməliyyat aparmayan Şimali Amerikada, Avropada inflyasiyaya baxsanız, bizdən də çoxdur, dəfələrlə çox", - Rusiya lideri qeyd edib.

 

Prezident bildirib ki, 2022-ci ilin sonuna inflyasiya 15%-i keçməməlidir.

 

Rusiya lideri onu da vurğulayıb ki, ümumiyyətlə, ölkə  iqtisadiyyatı ekspertlərin proqnozlaşdırdığından daha yaxşı dinamika göstərir: “Rusiyalıların rifahı əsas prioritetdir. Bizdə işsizlik, Allaha şükür, artmır. Dollar kiçilir, rubl möhkəmlənir. İlin yekununda yoxsulluğun səviyyəsinin aşağı salınmasını təmin etmək lazımdır. İyunun 1-dən yaşayış minimumu 10%, minimum əmək haqqı iyulun 1-dən 10% artırılacaq".

 

Rusiya Prezidenti iyunun 1-dən işləməyən pensiyaçıların pensiyalarının məbləğinin 10% artırılacağını da söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.