ABŞ-ın Dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik etdi

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Senzor.az-ın məlumatına görə, Dövlət Departamentinin saytında yerləşdirilən təbrik mesajında deyilir ki, bu il iki ölkə -  ABŞ və Azərbaycan öz aralarında diplomatik münasibətlərin 30 illiyini qeyd edirlər. 

 

Bildirilir ki, Azərbaycanın müstəqillik əldə etməsindən arxada qalan otuz il ərzində ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafı sahəsində güclü tərəfdaşlara çevriliblər.

 

T.Blinken rəsmi Vaşinqton tərəfindən Azərbaycanın terror və qanunsuz ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfəni, habelə Ukraynaya göstərdiyi dəstəyi, xüsusilə də humanitar yardım göstərməsini yüksək qiymətləndirdiyini vurğulayıb.

 

“Birləşmiş Ştatlar təkcə güclü iqtisadi əlaqələr vasitəsilə deyil, həm də xalqlararası əlaqələrin inkişafı vasitəsilə əlaqələrimizi genişləndirməkdə davam etməkdən qürur duyur. Minlərlə Azərbaycan və Amerika vətəndaşı birlikdə çalışıb, təhsil alıb və yenilik, əməkdaşlıq etmək, bir-birindən öyrənmək imkanı qazanıblar”, - deyə təbrik mesajında qeyd edilib.

 

Bildirilib ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlıdır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.