Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatları təkzib edib.
Senzor.az bildirir ki, bu barədə TASS xəbər yayıb.
"Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu televiziya ekranlarında izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya xəstəlik əlamətlərini görə bilsinlər", - Lavrov deyib.
Xatırladaq ki, son günlər müxtəlif KİV-lərdə Rusiya Prezidentinin səhhətində ciddi problemlərin olduğu barədə məlumatlar yayılır. Britaniya mətbuatı isə daha da irəli gedərək, Vladimir Putinin hətta artıq ölmüş ola biləcəyi və onu guya dublyorun əvəz etdiyi barədə şok iddia irəli sürüb...