Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu ünvanlayıb.
Senzor.az bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində 29 nəfər ölüb, 40-a yaxın insan isə yaralanıb.
Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib.
Hadisəyə görə artıq 13 nəfər saxlanılıb.