Putin Ukrayna limanlarından taxıl ixracı üçün şərt qoydu

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında təsdiqləyib ki, Rusiya tərəfi sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

 

Putin bildirib ki, müvafiq anti-Rusiya sanksiyaları ləğv edilərsə, Rusiya əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə bilər. 

 

Putin, həmçinin Ərdoğanla söhbətində Rusiya Federasiyasının Türkiyə ilə razılaşdırılmış şəkildə malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

 

Ukraynadakı vəziyyət müzakirə edilərkən diqqət Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, onların sularında mina təhlükəsinin aradan qaldırılmasına yönəldilib. Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.