Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Tvitter”də məlumat verib.
Onun sözlərinə görə, bu, Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək: “İndiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq”.
Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər: “Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.