Ermənistanda əsgər valideynləri növbəti dəfə etiraz aksiyası keçirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İkinci Qarabağ müharibəsində öldürülmüş hərbçilərin valideynləri Ermənistan İstintaq Komitəsinin binası qarşısına toplaşaraq komitə sədri ilə görüş tələb edirlər.
“Beş gün əvvəl Argişti Kərəmyana ərizə ilə müraciət etdik ki, gəlib bizə cavab versin. Qoy binadan aşağı ensin, icazə verin ona suallarımızı ünvanlayaq”, - valideynlərdən biri deyib.