“Son 6 ildə İranla Rusiya arasında imzalanan müqavilələrin heç biri indiyədək icra olunmayıb”.
“Report” xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.
Onun sözlərinə görə, kimin müqəssir olduğunu araşdırmaq vaxtı deyil: “Rusiyadakı respublikalar və vilayətlərlə İranın ayrı-ayrı əyalətləri arasında birbaşa əlaqələr var. Yeni hökumətin dövründə birbaşa təmasların canlanması prosesi davam edəcək”.