Admiral Linda Feyqan ABŞ Sahil Mühafizəsinin komandiri kimi rəsmi and içərək tarixdə ölkənin silahlı qüvvələrinin ayrı bir qoluna rəhbərlik edən ilk qadın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasimə ABŞ Prezidenti Co Bayden də qatılıb.
“Bizə Silahlı Qüvvələrdə ən yüksək vəzifələr tutmaq üçün daha çox qadın lazımdır”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Feyqan ABŞ Sahil Mühafizəsinin komandiri vəzifəsində admiral Karl Şultsu əvəz edib.