İrəvanda 10 polis əməkdaşı məsuliyyətə cəlb edildi – "MİTİNQ İŞİ"NƏ GÖRƏ

Ermənistanda bir neçə polisə qarşı cinayət işi açılıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı, parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının rəhbəri Taqui Tovmasyan məlumat verib.

 

Onun sözlərinə görə, buna səbəb İrəvanda keçirilən etiraz aksiyaları zamanı həmin şəxslərin arzuolunmaz əməllər törətməsidir. 10 polis əməkdaşının adının artıq bu işə salındığı qeyd edilir.

 

Ermənistan polisindən hesabat tələb edən deputata məlumat verilib ki, aprelin 18-dən indiyədək polis əməkdaşlarının vətəndaş itaətsizliyi aksiyaları zamanı əməlləri ilə bağlı 47 xidməti araşdırma aparılıb.

 

Xatırladaq ki, Ermənistan müxalifəti artıq bir aydır ki, İrəvanda Ermənistanın baş naziri Nikola Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Hökumətin əleyhdarları hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.