Avropa İttifaqının rəsmi jurnalında Rusiyaya qarşı altıncı sanksiyalar paketi dərc edilib.
Senzor.az bildirir ki, sanksiya tətbiq olunanların siyahısına Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun,oğlu və qızı - Yelizaveta Peskova və Nikolay Peskovun, eləcə də həyat yoldaşı Tatyana Navkanın da adları daxil edilib.
Sənəddə deyilir: “Tatyana Navka Krım yarımadasında yerləşən şirkətlərin və aktivlərin ortaq sahibidir”.
Avropa İttifaqının qənaətinə görə, Tatyana Navka “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa və ya təhdid etməyə yönəlmiş hərəkətləri dəstəkləyir”.
Bunlardan başqa, olimpiya çempionu Alina Kabayevanın da adı Aİ-nin “qara siyahı”sına salınıb.