Ermənistan müxalifəti ABŞ səfirliyinə və Aİ ofisinə məktublar göndərdi
İRƏVANDAKI TOQQUŞMALARLA BAĞLI

Ermənistan parlamentinin müxalif deputatları Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində etirazçılarla polis arasında baş verən toqquşma ilə bağlı ABŞ səfirliyinə və Aİ-nin Yerevandakı nümayəndəliyinə məktub göndəriblər. 

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə “Hayastan” fraksiyasının üzvü Anna Qriqoryan Fransa meydanında keçirdiyi mətbuat konfransında məlumat verib.

 

İyunun 3-də İrəvanın Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində müxalifət yürüşünün iştirakçıları ilə polislər arasında toqquşma baş verib. Onlarla zərərçəkən xəstəxanalara çatdırılıb. Onları Ermənistanın səhiyyə naziri Anahit Avanesyan ziyarət edib.

 

Parlamentarinin sözlərinə görə, xarici missiyaların bu hadisələrə reaksiyası çox vacibdir, çünki bu, onların Ermənistanda həqiqətən demokratiya və insan haqları tərəfdarı olduqlarını, yoxsa sadəcə baş nazir Nikol Paşinyanı dəstəklədiklərini göstərəcək.

 

Qriqoryan qeyd edib ki, qarşıdurma zamanı polis onun gözləri qarşısında yerdə uzanmış 60 yaşlı kişini döyüb. Daha sonra o, huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Başqa bir polis gənc qızın kürəyinə təpik vurub, bundan sonra onun da xəstəxanaya yerləşdirilməsinə zərurət yaranıb.

 

Qeyd edək ki, “Müqavimət” hərəkatı bir aydan artıqdır ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Hakimiyyətin əleyhdarları hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.