Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü il prezident seçkilərində yenidən hakim partiyanın namizədi olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib.
“Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, - deyə Çelik bildirib.
O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Cumhur İttifaqına hakim AKP və Milliyyətçi Hərəkat Partiyası daxildirlər.