“Ankaranın tələbləri yerinə yetirilmədikcə, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Türkiyənin mövqeyi dəyişməyəcək”.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı onu da vurğulayıb ki, Qərbin yaratdığı təhlükəsizlik sistemi çökməkdədir.
Türkiyə lideri həmçinin bəyan edib ki, Qərb ölkələri Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurəti barədə ideyası ilə razılaşmağa başlayıblar.