“Taliban” hərəkatı Əfqanıstanda ümumi seçkilər keçirməyi planlaşdırır. Seçkidə yerli əhalinin müxtəlif təbəqələrinin iştirakı nəzərdə tutulur.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
“Biz əhalinin ən geniş təbəqələrini, “Taliban” üzvü olmayan istedadlı insanları cəlb etməyə çalışırıq”, - deyə telekanal "Taliban”ın Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsindən sitat gətirib.
Lakin yeni hakimiyyət ölkədə siyasi plüralizmi inkar edir: "Siyasi plüralizmi inkar edirik, partiyalar konfessional müharibələrə yol açır" deyə məlumatda qeyd edilib.