Rusiyanın "UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib.
“Report” bu barədə Dağıstan hava limanına istinadən xəbər verir. Məlumata görə, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsi ilə ləğv edilib.
Qeyd edək ki, uçuşların “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşların iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.