Prezident İlham Əliyev Mərkəzi Bankın İdarə Heyətinin üzvü Rəşad Orucovla bağlı sərəncam imzalayıb.
Senzor.az bildirir ki, sərəncamla Rəşad Temraz oğlu Orucov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Bu ilin may ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heytənin üzvü seçilib.
2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.
Prezident İlham Əliyev Mərkəzi Bankın İdarə Heyətinin üzvü Əliyar Məmmədyarovla da bağlı sərəncam imzalayıb.
Sərəncamla Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bank sədrinin müavini təyin edilib.
Ə.Məmmədyarov 1977-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Mərkəzi Bankda işləyir. 2012-ci ilin fevralında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru, 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.