Ərdoğan: Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır, kimə qarşı?

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfərə gələn venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransında maraqlı açıqlamalar verib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, Yuynanıstan və Fransa ilə yaşanan gərginlikləri xatırladaraq, İsveç və Finlandiyanın təşkilata üzv olmasını məhz bu səbəbdən istəmədiklərini bildirib.

 

“Bildiyiniz kimi, İsveç PKK/PYD/YPG kimi terror təşkilatlarının tüğyan etdiyi bir ölkədir. Nə qədər ki, onlar terror təşkilatı liderlərinin plakatları ilə nümayişlər keçirirlər və nə qədər ki, terrorçuların nitqləri İsveç dövlət televiziyasında yayımlanır, biz onlara “NATO-ya girin” deyə bilmərik. Eyni şey Finlandiyaya da aiddir”, -deyə dövlət başçısı bildirib.

 

Ərdoğan Yunanıstandakı ABŞ bazalarının Rusiyaya qarşı qurulduğuna inanmadığını da vurğulayıb.

 

“NATO nöqtəsində biz keçmişdə Yunanıstanla yaşadıqlarımızı, Fransa ilə yaşadıqlarımızı indi bunlarla yaşamaq istəmirik. Yunanıstana bizim sələflərimiz yol verdilər, Fransaya da... Yunanıstanda ABŞ-ın 9 bazası yaradılır. Bunu kimə qarşı edirlər? Rusiyaya qarşı deyirlər... Bağışlayın, amma buna heç kim inanmır”, -deyə Türkiyə Prezidenti qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.