Putinin səhhəti ilə bağlı yeni iddia
İNDİ NƏ DEYİRLƏR?

Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı çox sayda məlumat yayılıb. Bildirilir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də əməliyyat olunub. Kreml isə, öz növbəsində bu məlumatları təkzib edir və Putinin tamamilə sağlam olduğunu bildirir.

 

Fransanın “Paris Match” nəşri Rusiyanın “Proyekt” nəşrinin əməkdaşı Mixail Rubinin iştirakı ilə hazırladığı materialda Putinin səhhəti məsələsi ilə bağlı yeni iddia irəli sürüb.

 

İddiaya əsasən, V. Putini xarici səfərlərdə Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşı müşayiət edir. Bildirilir ki, 2017-ci ildən etibarən bu mühafizəçi Prezidentin analiz məlumatlarına cavabdehdir. Belə ki, həmin şəxs dövlət başçısının səhhəti ilə bağlı məlumatı gizli saxlamaq məqsədilə olduğu hər məkanın sanitar qovşağına nəzarət edir. 

 

“Qafqazinfo”dan xatırlatma: “Proyekt” nəşri daha əvvəl yazırdı ki, 2016-cı ildən 2020-ci ilə qədər Putini səfərlərində Mərkəzi Klinik Xəstəxananın həkim qrupu müşayiət edib və onlar arasında qalxanabənzər vəzi xərçəngi üzrə mütəxəssis də olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.