Teleşirkət rəhbəri saxlanıldı – ERMƏNİSTANDA DAHA BİR SƏS-KÜYLÜ HƏBS

Ermənistanda teleşirkət rəhbəri həbs edilib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Yerkir Media” teleşirkətinin direktoru Baqrat Yesayanı saxlayıblar.

 

"Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları teleşirkətdə heç bir əlavə tədbirlər görməyiblər. Nə axtarışlar aparılıb, nə də başqa bir fəaliyyət. Sadəcə olaraq Yesayanı özləri ilə aparıblar", - saytlar yazıb.

 

Yesayanın vəkili Vahe Yeprikyan “Sputnik Ermənistan”a bildirib ki, o, hazırda MTX-dadır və hələlik ətraflı məlumat verə bilməz.

 

Parlamentin deputatı, “Daşnaksütyun” fraksiyasının nümayəndəsi Qeqam Manukyan isə sosial şəbəkədə canlı yayım zamanı bəyan edib ki, teleşirkətin direktorunu mülki geyimli 4 nəfər aparıb. Onlar özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək, Yesayanı iki il əvvəl baş verən hadisəyə görə saxladıqlarını bildiriblər.

 

Manukyanın sözlərinə görə, bu lap təəccüblüdür, çünki bütün bu müddət ərzində istintaq gedib, teleşirkətin direktoru ictimai həyatda fəal iştirak edib, mətbuat konfransları keçirib, müsahibələr verib: “Odur ki, istintaq orqanının Yesayanı xəbərdarlıqsız kabinetindən niyə indi götürmək qərarına gəldiyi aydın deyil".

 

Manukyan xatırladıb ki, Yesayanın adı  2020-ci ildə xuliqanlıq ittihamı ilə başlanmış istintaq işində keçir. Amma indiyədək ona heç bir irad, ittiham bildirilməyib. Baxmayaraq ki, teleşirkətin rəhbəri bütün məhkəmə iclaslarında iştirak edib.

 

Qeyd edək ki, Yesayan və daha bir neçə vətəndaş 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra xuliqanlıqda ittiham olunurlar. Bu yaxınlarda “Daşnaksütyun” fəalı Gerasim Vardanyan da eyni iş üzrə həbs edilib.


Onu da qeyd edək ki, bu gün MTX katolikos II Qareginin qardaşı oğlu, prokuror işləyən Koryun Nersisyanı da saxlayıb.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.