Aİ Ermənistandakı zorakılıq halları ilə bağlı İrəvandan izahat istədi

“Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq hadisələri, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır. Bəzi hallarda bu, artıq həyata keçirilir”.

 

Erməni mətbuatının yazdığına görə, bu fikirlər Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorinin Ermənistan müxalifətinə iyunun 3-də İrəvanda göstərilən zoraklıqla bağlı suala cavabında yer alıb.

 

Səfir Ermənistanın ədliyyə nazirinə narahatlığını bildirib və qeyd edib ki, Ombudsmanla daim əlaqə saxlayır. İstifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.

 

Andrea Viktorin həmçinin nifrət və təxribat hərəkətlərindən çəkinməyin vacibliyini vurğulayıb və bütün tərəflərin hər hansı zorakılıqdan çəkinməsinin əhəmiyyətini  önə çəkib. 

 

Səfir, həmçinin  əmin edib ki, Aİ Nümayəndəliyi hadisələri yaxından izləməyə davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.