ABŞ Ukraynanı üzüstə qoyur?
ŞƏRH

ABŞ Rusiyanın Ukraynaya hücuma hazrlaşması barədə Kiyevə xəbərdarlıq etmişdi.  Bu barədə dünən Birləşmiş Ştatların Prezidenti Cozef Bayden deyib.

 

Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin onu eşitmək istəmədiyini deyib. 

 

Maraqlıdır ki, ABŞ Prezidentinin Ukrayna lideri barədə gözlənilməz açıqlaması rəsmi Kiyevin Qərb müttəfiqlərini Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə ümidsiz çağırışları fonunda baş verib. Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.

 

Savaşın ilk günündən etibarən Kiyevi dəstəkləyən əsas tərəflərdən biri Vaşinqton idi. Hətta amerikalı müxtəlif rəsmilər, o cümlədən Prezident Bayden bir neçə dəfə Kremlə xəbərdarlıq etmişdi. Həmçinin ABŞ ötən aylar ərzində Ukraynaya müharibənin taleyini həll edə biləcək həcmdə olmasa belə,  hərbi yardım göndərdi. Son vaxtlar Prezident V. Zelenski başda olmaqla, bir çox Ukrayna rəsmilərinin silahlarının təchizatının  gecikdirilməsinə dair narazılığı artmaqda idi. 

 

Baydenin sözügedən bəyanatını təsadüfi hesab etmək doğru olmaz. Ola bilsin, ABŞ Rusiya ilə açıq müharibənin yaxınlaşdığını hiss edir və buna getmək istəmir. Ona görə də proseslərin bu məcrəda inkişaf etdiyinə görə Zelenskini ittiham edir. 

 

İkinci bir tərəfdən, bu açıqlama gələcəkdə Ukraynanın bölünə biləcəyi ehtimalını daha da artırır. Belə ki, bir çox ekspertlərin fikrincə, Rusiya ilə ABŞ arasında gizli razılaşma var. Məqsəd isə Şərqi Avropada sərhədləri dəyişmək, yeni torpaqlar ələ keçirməkdir. Əgər belədirsə, bəlkə də, artıq savaşın sonu yaxınlaşır. Bundan sonra ABŞ- ın Ukraynaya silah təchizatında azalma müşahidə olunması mümkündür. Hərçənd, əksinə-daha müasir texnikaların göndərilməsi də istisna deyil ki, bunun hansı məqsədlə olacağı da hələlik məlum deyil. Yəni əgər indiyə kimi ABŞ Ukraynaya müdafiə xarakterli silahlar verirdisə, bundan sonra Ukraynanın birbaşa Rusiyanı hədəf almasına imkan yarada və Zelenskini buna məcbur edə bilərlər. 

 

Başqa bir ehtimal isə budur ki, Ukrayna rəsmilərinin ABŞ- ın dəstəyinin kifayət qədər olmamasına dair bəyanatları Vaşinqtonu "incik salıb" və Bayden öz açıqlaması ilə bunu hiss etdirmək istəyib.

 

Xatırlamaq yerinə düşər ki, müharibənin əsas səbəbi və ya, ola bilsin, bəhanəsi Ukraynanın NATO-ya üzvlük iddiası olub. Sual yaranır: əgər Bayden həqiqətən, Kiyevi düşünürdüsə və belə bir fəlakətin baş verəcəyini bilirdisə, niyə Zelenskini fikrindən daşındırmağa çalışmırdı? Nə üçün Kiyevin Alyansa üzvlüyünə qarşı çıxmırdı? 

 

Görünür, qoca Baydenin müharibə ilə bağlı öz planları var. Və çox güman ki, o, geostrateji hədəflərinə nail ola biləcək. 

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.