"Azərbaycanlı pilot Qarabağda 58 hədəfi məhv edib" - NÜFUZLU RUSİYA NƏŞRİ BİZİM HƏRBÇİLƏRDƏN YAZDI

Bu gün Rusiyanın tanınmış hərbi saytlarından birində - “Voyennoe Delo”da Azərbaycan pilotlarının məharətindən söz açılıb. Təlimlərdən görüntü yayan sayt iddia edir ki, məhz kadrlara düşən Su-25-lər Qarabağda Ermənistan qüvvələrinin mövqelərinə edilən hücumlarda uğurlu şəkildə iştirak ediblər.
 

Məqalədə qeyd edilir ki, Rusiyanın bir sıra informasiya saytlarının jurnalistləri oxuculara "TurAz Şahini-2021" adlı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilərkən kadrlara düşən qırıcıları nəzərdən qaçırmamağı məsləhət biliblər. Rusiyalı jurnalistlər deyirlər ki, diqqətli oxucular üçün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş qırıcılarının üzərində yeni və çoxlu sayda xüsusi ulduz işarəsi gözə dəyib . Döyüş təyyarələrinin gövdəsinə bu cür işarələrin əlavə edilməsi isə məhv edilmiş hədəflərin sayını göstərir.
 


"Jurnalistlər Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 hücum təyyarələrindən birində 58 ulduz sayıblar. Bu səbəbdən də mütəxəssislər deyirlər ki, həmin təyyarənin ekipajı Dağlıq Qarabağdakı döyüşlər zamanı 44 günə eyni sayda düşmən hədəfinə zərbə endirməyi bacarıb. Üstəlik, oxucuların diqqətinə çatdırılır ki, Ermənistan ordusunun mövqelərinə edilən hücumlarda məhz bu görüntülənən Su-25 aktiv iştirak edib. Mütəxəssislər "TurAz Şahini-2021" hərbi təlimlərində iştirak edən başqa bir təyyarədə 38 işarəni sayıblar. Bu isə Azərbaycan Ordusunun həmin döyüş təyyarəsindən çox istifadə etməməsi anlamına gəlir. Az ulduz onun əməliyyatlarda daha az fərqlənməsini göstərir. Ümumiyyətlə onlar Pilotsuz Uçuş Aparatlarından (PUA) daha çox istifadə edərək düşmən mövqelərinə uğurlu zərbələr endirməyə çalışdılar",-Rusiya hərbi nəşri yazıb.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı tətbiq etdiyi bir sıra uğurlu hərbi taktikaları hər zaman beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Şuşa əməliyyatı, 21-ci əsrin müharibəsini aparan hərbçilərimizin ən müasir texnikalardan, PUA və digər yeni silahlardan səmərəli istifadə etməsi xarici medianın da diqqətini çəkməkdədir. Bir sıra ali hərbi məktəblərdə isə Qarabağ müharibəsindəki əməliyyatlar və taktiki gedişlərin dərsliklərə salındığı bildirilir...
 
Onu da xatırladaq ki, Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini” birgə təlimləri hər il keçirilir, bu təlimlərdə  türkiyəli və azərbaycanlı pilotlar qarşılıqlı təcrübə mübadiləsi həyata keçirməklə yanaşı birgə hava əməliyyatlarının planlaşdırılmasını və tətbiqini də sınaqdan keçirirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.